Accessibility links

ASEAN sammiti ABŞ-la Birma arasında danışıqlara yol aça bilər


Vaşinqton noyabr ayının 15-də ABŞ prezidenti Barak Obamanın da iştirak edəcəyi ASEAN-nın Sinqapur sammitində Birma da daxil edilməklə, quruma üzv 10 ölkənin hamısının təmsil ediləcəyinə ümid bəsləyir. Amerika prezidentinin ilk dəfə iştirak edəcəyi sammit ABŞ-la Birma arasında birbaşa danışıqlara yol aça bilər.

Bu həftənin əvvəllərində Birmaya səfər edən Amerika rəsmisi ölkənin hakim generalları ilə müzakirələr keçirmiş və Amerikanın bu təcrid olunmuş ölkə ilə bağlı yeni siyasətini təqdim etmişdi. Birma 1962-ci ildən hərbi xunta tərəfindən idarə edilir. Birmanın dövlət başçısı ilə Amerika prezidenti arasında görüş son dəfə 1966-ci ildə təşkil edilmişdi.

XS
SM
MD
LG