Accessibility links

İranda etiraz aksiyaları zamanı həbs edilən jurnalist azadlığa buraxılıb


İran mətbuatının məlumatına görə, bu həftə etiraz aksiyaları zamanı həbs edilən jurnalist azadlığa buraxılıb, lakin 60-a yaxın insan hələ də nəzarət altındadır. İRNA xəbər agentliyi Fərhad Poladi adlı jurnalistin bu gün azad edildiyini bildirib.

Fransanın xəbər agentlyi əməkdaşının azadlığa buraxıldığını təsdiq edib. Poladi çərşənbə günüABŞ-ın Tehrandakı səfirliyinə qarşı hücumun 30-cu ildönümü ilə başlı təşkil edilən nümayişlər haqda reportaj hazırlayarkən nəzarət altına alınmışdı.

Tehran polisi aksiyalar zamanı 109 nəfərin saxlandığını bildirib.


XS
SM
MD
LG