Accessibility links

Y.Timoşenko: Ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur


Ukrayna baş naziri Yuliya Timoşenkonun sözlərinə görə, ölkədə qrip epidemiyasına görə fövqəladə vəziyyət elan etməyə səbəb yoxdur. Qeyd edək ki, ölkədə minlərlə adamın yoluxduğu qrip virusu 135 insanın həyatına son qoyub. Xanım Timoşenko jurnalistlərə bildirib ki, regionda artıq səhiyyə sahəsində karantin kimi fövqəladə ölçülər götürülüb. Onun bu açıqlamaları rəqibi Viktor Yuşenkonun tərəfdarlarının tənqidlərinə cavab olaraq verib. Qarşı tərəf bildirirdi ki, hökumət H1N1 virusu ilə mübarizə aparmağa hazır deyil. Ukrayna parlamentində prezidenti nümayəndəsi İlhor Popovun bildirdiyinə görə, əgər hökumət epidemiya ilə mübarizədə uğursuzluğa uğrasa, ölkədə fövqəladə vəziyyət elan olunacaq. Bu isə 2010-cu ilin yanvarında keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə sala və cənab Yuşenkonun səlahiyyət müddətini uzada bilər.
XS
SM
MD
LG