Accessibility links

Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb


Həsən Ərk adı ilə tanınan Həsən Hacı-Əbulolov və İbrahim Dəşti 40 gün öncə tutulmuşdular.

Bu hər iki azərbaycanli siyasi və mədəni fəal 30-50 milyon tümən (30-50 min dollar ) qarşılığında məhkəmə vaxtadək zaminə buraxılıblar.

Onlar İranın məktəbləri və universitələrinin açılışı zamanı tutulmuşdular.

İranda rəsmi olaraq idarələrdə, məhkəmələrdə, məktəblərdə, universitətlərdə Fars dilindən başqa dillərin istifadə qadağan olunub və tədrisinə icazə verilmir.

Azərbaycanlı siyasi və mədəni fəallar Türk dilinin İranda rəsmi olmasını, məktəblərdə və universitetlərdə tədris olmasını da istəyirlər.

Bu istək İran Cumhuriyətinin maraqlarına uyğun olmadığı üçün, onlar türk fəallarını həbsə salırlar.

Bu o haldadır ki, İran İslam Cumhuriyətinin Konstitusiyasına göra hər əyalətin xalqi Fars dili ilə yanaşı, oz dilini də öyrənib, danışa bilər. Amma bu qanun əməldə icra olunmur və onun icrasını istəyənlər cəzalanırlar.

İranın turkləri də dövlətin bu qanunsuzluğuna etiraz üçün, mədrəsələrin başlaması günü olan Mehr ayının birini “Etiraz gunu” adlandırıblar və bəzi siyasi Türk fəallar və təşkilatlar xalqı etiraz nümayişlərinə çagırırlar.

Dövlət isə tutulanlar haqda 3-4 ittiham qaldırır. Həsən Ərk və İbrahim Dəştinin ittihamları da 3-4 ittihamdan ibarətdir: Nizam ziddinə təbliğ aparmaq, İranın əmniyyətin pozmaq məqsədi ilə bir siyasi qrupa üzv olmaq, əmniyyəti pozmaq üçün digərləri ilə əlbir olmaq.

Qeyd edək ki, əmniyyət məmurları onları tutmaq üçün, 40 gün öncə, onların evlərinə və iş yerlərinə basqı etmişdilər. Onları tutub, yazılarını, kitablarını, kompüterlərini və bir çox digər əşyalarını müsadirə ediblər.

XS
SM
MD
LG