Accessibility links

Əfqanıstana əlavə qüvvə göndərilməsə Britaniya yenidən düşünməli olacaq


Böyük Britaniya ordu komandiri Əfqan qüvvələrinin 2014-cü ilə kimi ölkənin təhlükəsizliyi öz üzərinə götürə biləcəyinə inanmadığını bildirib. Hərbi Hava Qüvvələrinin komandiri Marşal Cok Stirrap BBC-yə deyib ki, Birləşmiş Ştatlar və NATO komandirinin göstərdikləri vaxt cədvəli nikbin görünür. ABŞ prezidenti Barak Obama müharibədə mübarizə aparmaq üçün əlavə əsgəri qüvvənin göndərilib-göndərilməməsi məsələsini nəzərdən keçirir. Stirrap isə deyir ki, Vaşinqtonun ləngiməsi Britaniya rəsmilərinin planlarını alt-üst edir. Onun sözlərinə görə, hazırkı strategiya daha çox qüvvə tələb edir. “Əks təqdirdə London yenidən düşünməli olacaq”-deyə Stirrap bildirib. Əfqanıstanda 9 min əsgəri olan Böyük Britaniya ABŞ-dan sonra NATO-nun Əfqanıstanda ən böyük hərbi qüvvəsi olan ikinci ölkəsidir.
XS
SM
MD
LG