Accessibility links

İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib


İranın nüfuzlu qanunvericisi Ələddin Buruverdi Rusiyaya xəbərdarlıq edib ki, raketlərdən müdafiə sisteminin İrana çatdırılmasında gecikmə tərəflər arasında münasibətlərin polzulmasına gətirib çıxara bilər.

Rusiya bir neçə il bundan əvvəl İrana yer-hava tipli S-300 raketlərinin satılması haqda müqaviləni imzalayib, lakin onların nə vaxt çatırılmasına dair indiyə qədər bir söz deməyib.

İran mətbuatı parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədrinə istinadən xəbər verib ki, Rusiya öz vədinə əməl etməsə, bu, münasibətlərə mənfi təsir göstərəcək.

İsrail və Birləşmiş Ştatlar İrana raket satmamaq üçün Moksvaya təzyiq göstərir.

XS
SM
MD
LG