Amerikanın cənub sahillərinə yaxınlaşan tropik İda qasırğası sürətini itirməkdədir. Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Alabama ştatının Daughin adasına qasırğa bu gün səhər 75 km/saat sürətli küləklə irəliləyirdi və hazırda küləyin sürəti 55 kilometrə enib.
Şiddətli yağışla müşayiət edilən qasırğa səbəbi ilə Florida, Alabama, Luiziana və Missisippi ştatlarında fövqəladə vəziyyət elan edilib. Bölgədə bir neçə neft quyusunun işi dayandırılıb.
Bundan əvvəl İda qasırğası El-Salvadorda 130 nəfərin ölümü, daşqınlar və torpaq sürüşməsinə səbəb olmuşdu.