Accessibility links

Con Makkeyn "Amerikanın səsi"nin suallarını cavablandırıb


ABŞ-ın respublikaçı senatoru Con Makkeyn Türkiyə-Ermənistan yaxınlaşmasını dəstəklədiyini bildirib. Amerikanın səsinin suallarını cavablandırarkən senator Türkiyənin ermənilərə qarşı genosidinin sənədlərə əsaslandığını deyib. Con Makkeyn son zamanlar Türkiyə-Ermənistan münasibətlərində önəmli bir irəliləyiş olduğunu vurğulayıb.Senator bu irləliləyişin ilk dəfə müşahidə edildiyini deyib.

Con Makkeyn deyib ki, o,türklərin ermənilərə qarşı soyğırım işlədiyinə inandığını və keçmişin nə erməni, nə də türk xalqı və hökumətləri tərəfindən unudulacağını deyib. O, bunun xüsusilə ermənilər tərəfindən unudulmayacağını bildirib.

Gürcüstan-Rusiya münasibətlərinə gəlgikdə senator Rusiyanın Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə əldə edilən atəşkəs razlığının şərtlərini pozması ilə vəziyyətin gərgin olduğunu deyib. "Rusiyanın beynəlxalq sulardakı fəaliyyətləri, Gürcüstan vətəndaşlarının qanunsuz şəkildə həbsləri kimi təhrikçi əməlləri narahtedici faktdır"-deyə o bildirib.

Respublikalar partiyasından 2008-ci il prezidentliyə namizəd və yarışlarda prezident Obamaya məğlub olmuş Senator Makkeyn Gürcüstanın Amerikanın Əfqanıstandakı müttəfiq rolunu da yüksək qiymətləndirib.

XS
SM
MD
LG