Accessibility links

Çində prezident Obamanın səfərinə hazırlıqlar gedir


Çin və Birləşmiş Ştatlar arasında dünyada ən mühüm əlaqələr kimi qiymətləndirilən münasibətlərin 30-cu ildüönümünün qeyd edildiy bir vaxt gələn həftə prezident Obama Çinə səfər edəcək.

Çin Dövlət katibi Hillari Klintonun xaricə ilk səfərinin diqqət mərkəzində idi.

“Bizim bir-birimizdən asılı olaraq yaşadığımız dünya bizdən indiyədək görünməmiş təhlükələr və istifadə edilməməiş imkanlar qarşısında əməkdaşlıq və tərəfdaşlığın yeni yollarını tapmağı tələb edir”-deyə o bildirmişdi.

Səfərindən öncə xanım Klinton qeyd etmişdi ki, ABŞ-ın Çində insan hüquqları sahəsində vəziyyətin qənaətbəxş olmamasından narahatlığına baxmayaraq, bu məsələ müzakirələrin diqqət mərkəzində olmayacaq.

Bunun əvəzində hər iki ölkə iqlim dəyişiklyi ilə mübarizədə birgə səyləri vurğulayıblar. Çin və Birləşmiş Ştatlar dünyada istixanə qazlarının havaya ən çox atıldığı iki ölkədir. Alimlər bu qazları qlobal istiləşmənin əsas səbəbi kimi göstərir.

Sun Tse Tsinxua universitetində ABŞ-Çin münasibətləri mərkəzində çalışır. O, iqlim dəyişikliyi məsələsində iki ölkə arasında fikir ayrılıqlarının olduğunu etiraf edir, lakin prezident Obamanın səfərinin məsələ üzərində birgə işləməyə dair razşlaşmanın əldə ediləcəyinə ümid bəsləyir.

Amerikanın pop mədəniyyətinin gənc çinlilərə böyük təsiri var. Çoxları deyir ki, onların prezident Obamanın siyasəti, ya da onun administrasiyasının Çinə münasibəti haqda məlumatı yoxdur. Lakin Tsinxua universitetinin tələbələri deyir ki, onlar ABŞ liderini görmək istəyirlər, çünki o çox məşhur bir insandır.

Tələbələr Barak Obamanı mötədil amerikalı lider adlandırır, onun Nobel sülh mükafatı aldığını qeyd edirlər.

Prezident Obama Çinə noyabrın 15-i səfər edir.

XS
SM
MD
LG