Accessibility links

Türkiyə parlamenti kürdlərlə bağlı islahatlar planını müzakirə edir


Turkiyə parlamenti bu gün ölkədə azlıqda olan kürdlərə daha geniş hüquqlar verilməsi və kürd üsyançılarının silahı yerə qoyması məsəələrini müzakirə edir. Türkiyədəki kürdlər əsasən ayrı-seçkilikdən şikayətlənir. PKK - Kürdüstan Fəhlə Partiyası artıq 25 ildir ki, Türkiyənin cənub şərqində Küdrüstan muxtariyyəti uğrunda mübarizə aparır və bu müddət ərzindəki qarşıdurmalar nəticəsində 40 000-dən çox insan həlak olub. Türkiyənin bəzi millətçiləri və müxalifəti kürdlər üçün islahatlar planını tənqid edərək, hökumətin bununla kürd üsyançılarına güzəşdə getdiyini irəli sürür.

XS
SM
MD
LG