Accessibility links

Talibanın nəzarəti altındakı Qəndəhar şəhərində reyd keçirilib


NATO qüvvələrinin bildiryinə görə, Əfqanıstanda Talibanın nəzarəti altında olan Qəndahar şəhərində keçirilən reyd zamanı 250 ton bomba istehsalında istifadə edilə bildiyindən şübhələnilən material tapılıb. Hərbi rəsmilər Əfqanıstanın milli polisi və NATO qüvvələrinin bazar günü Qəndəhardakı bir anbarda 227 min kq ammonium nitra gübrəsi və yol kənarı bombaların istehsalında istifadə edilən bilən 5 000 component aşkar etdiklərini xəbər verir.

NATO-nun bugünkü açıqlamasında bildirlir ki, reyd zamanı anbarın yaxınlığındakı bir obyektdə eləcə də 15 nəfər həbs edilib və 4 000 bağlama gübrə aşkar edilib. Ammonium nitrat gübrəsi partlayıcı maddə istehsalında əsas komponentlərdəndir ki, əsasən yol kənarına yerləşdirilən bombaların hazırlanmasında ondan istifadə olunur.

XS
SM
MD
LG