Britaniyanın baş naziri Qordon Braun Əfqanıstandakı müharibənin çox baha başa gəldiyinə və uzun sürməsinə baxmayaraq. müharibənin davam etdirilməli olduğunu deyib. O, gələn ildən başlayaraq ölkədən təhlükəsizlik cavabdehliyinin əfqanlara veriləcəyinə ümid etdiyini deyib.
Britaniyanın Əfqanıstandakı mövcudluğu ilə bağlı tənqidlərlə üzləşdiyi bir vaxt ölkənin baş naziri Qordon Braun aylıq mətbuat konfransında Britaniyanın missiyası barədə suallarla üzləşib. Cənab Braun deyib ki, Britaniya ordusunun Əfqanıstandakı mövcudluğunun 8 il davam etməsindən sonra britaniyalıların çoxu hərbçilərin orada nə etdiklərini və evlərinə nə zaman dönəcəklərini bilmək istəyir.
Bu gün keçirdiyi mətbuat konfransında cənab Braun bir daha Əqanıstandakı misiya barədə fikirləri ilə bölüşüb. Lakin BBS-nin son hesablamalarına gör, britaniyalıların 5-dən ikisi Britaniya ordusunun Əfqüanıstandakı mövculuğunun səbəbini bilmir. Əhalinin üçdən ikisi isə ordunun tez bir zamanda evə qayıtmalarını istəyir. Ölkəni alt-üst edən əhvali ruhiyyə haqda verilən sualı cavablandıran cənab Braun deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri və polisinə NATO qüvvələri tərəfindən nə qədər çox təlimlər verilərsə, britaniyanın oradakı mövcudluğu barədə danışmaq olar.