Accessibility links

Rusiya rəsmiləri insan alverində şübhələnilən 14 nəfəri saxlayıb


Rusiya rəsmiləri və beynəlxalq hüquq mühafizəçi agentlikləri bildirir ki, insan alverində şübhələnilən kriminal qrupun 14 üzvünü həbs edilib. Rusiyanın Federal Təhlükəsizlik Xidməti – FSB-nin bu gün bildirdiyinə görə, traffikinq şəbəkəsi mərkəzi Rusiya şəhərlərindən gənc qızları özünə cəlb edib. İlk olaraq Moskvaya aparılan qızlar oradan fahişəliyə məcbur edilmək üşün İtaliya, İspaniya və Yunanıstana gətirilib. FSB deyir ki, qrupun 8 üzvü Rusiyada, digər 6 nəfər isə xaricdə həbs olunub. Məlumatda deyilir ki, kriminal qruplaşma Rusiya, Ukrayna və Belarusdan insanları dairəsinə cəlb edib.
XS
SM
MD
LG