Accessibility links

ABŞ Dövlət Departamenti bloggerlərin məhkum olunmasını tənqid edir


Bu gün ABŞ Dövlət Departamenti Azərbaycanda bloggerlər -Adnan Hacızadə və Emin Millinin məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə reaksiya verib.Açıqlamada deyilir: “Məhkəmə qərarı Azərbaycanda demokratik islahatlara doğru proqresi geriyə atılan addımdır.Qeyri-şəffaf istintaq, qapalı məhkəmə dinləmələri, qeyri-proporsional ittihamlar və hücumçuların saxlanmaması və ittihamlarla üzləşməməsi ölkədə polisin və məhkəmə sisteminin müstəqilliyinə və eləcə də Azərbaycanda söz azadlığına məhdudiyyətə dair narahatlıqları artırır.Biz ümid edirik ki, son dörd ayda baş verən hadisələr Azərbaycanda azad söz hüquqlarının zəifləməsi tendensiyasına işarə deyil və biz appelyasiya prosesinin ədalətli, vaxtında və şəffaf qaydada həyata keçirilməsinə çağırırıq. Biz həmçinin ümid edirik ki, məhkəmə hökmü ölkədəki sivil cəmiyyəti Azərbaycan xalqının layiq olduğu demokratik islahatları təşviq etməkdən çəkindirməyəcək. ABŞ Azərbaycan xalqı və hökuməti ilə söz və toplaşma azadlığı yönümündə proqres əldə edilməsi üçün əməkdaşlıq aparmağa sadiq olaraq qalır.Siyasi təsirdənazad müstəqil ədliyyə və fəal sivil cəmiyyət müasir demokratik dövlətin təməl sütunlarıdır.

Azərbaycanda məhkəmə iki müxalifətçi internet fəalına hökm oxuyub. Bloggerlər Adnan Hacızadə və Emin Milli iki il və iki il yarım azadlıqdan məhrum ediliblər. Onlara qarşı irəli sürülən ittiham iyul ayında Bakıda bir restoranda baş verən dalaşmadan qaynaqlanır. Xuliqanizm və yüngül bədən xəsarəti yetirməkdə günahlandırılan bloggerlər onlara mülki geyimli polis tərəfindən hücum edildiyini deyirlər. Bu həbslər Adnan Hacızadənin eşşək geyimində mətbuat konfransı keçirərək prezident İlham Əliyevi yamsılamasından sonra baş verdi. Rəsmilər həbslərin bloggerlərin internet fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını israr edir. Lakin insan hüquqları qrupları deyir ki, Əliyev hökuməti sadəcə olaraq müxalifət mediasına basqıları indi internetə şamil etməyə başlayıb. Hökumət fərdi azadlıqlara məhdudiyyətlər tətbiq edildiyini danaraq daxili sorğularda prezident Əliyevin populyar olduğunu deyir.
XS
SM
MD
LG