Accessibility links

İKT Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasını dəstəkləyir


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İKT-nin birmənalı təməl mövqeyi və qərarları var. Biz Azərbaycan xalqının bu tarixi zülmə qarşı mücadiləsini dəstəkləyirik. Biz azərbaycanlıların Qarabağa qayıtmasını dəstəkləyirik”. Bu barədə İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bildirib.
O, İslam Konfransı Təşkilatının bu yönümdə daim Azərbaycanın yanında olduğunu deyib. “İKT bu qərarları ilə haqqı, beynəlxalq hüququ müdafiə edir və təcavüzə qarşı çıxır”.
Cənab İhsanoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı imzalanmış protokol barədə suala Türkiyə vətəndaşı kimi cavab verib: “Azərbaycan və Türkiyə arasında sarsılmaz bağlılıq var. Biz bir millət, iki dövlətik”.
Onun fikrincə, bir millət, iki dövlət deyimi tarixi və sosioloji bir həqiqəti əks etdirən deyimdir. “Əminəm ki, Türkiyə və Azərbaycanın xarici siyasət davranışları bir-biri ilə bərabərtərəfli və qarşılıqlı anlaşma daxilindədir. Burada yanlış təsəvvürlərə, hisslərə yer verməmək və qardaşlığı davam etdirmək lazımdır. Çünki nə Azərbaycan Türkiyənin, nə də Türkiyə Azərbaycanın əleyhinə heç zaman çıxmayacaq. Türkiyənin baş naziri Azərbaycan parlamentində də bunu təsdiqləyib”.
Cənab İhsanoğlu spekulyasiyaları aradan qaldırmağın lazım olduğunu xatırladıb. “Bizim düşmənlərimiz aramızı vurmaq istəyir. Bizim bir və bərabər olmağımız lazımdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG