Accessibility links

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Nikola Sarkozi ilə görüşür


İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Nikola Sarkozi ilə Yaxın Şərq sülh prosesi və İranla bağlı danışıqlar aparmaq üçün Parisdədir.

Cənab Sarkozinin İsrail liderinə fələstinlilərlə sülh danışıqlarını bərpa etmək məqsədilə yəhudi yaşayış məntəqələrinin mübahisəli ərazilərdə inşasını dayandırmaq üçün təzyiq göstərəcəyi gözlənilir.

Fransa xarici işlər naziri Bernard Kuşner məntəqələrinin dondurulmasının vacibliyini vurğulayıb və deyib ki, ona elə gəlir ki, israillilər sülh istəyini itirirlər.

Fransa və İsrail liderlərinin habelə İranın mabhisəli nüvə proqramını müzakirə edəcəyi gözlənilir.

Fransa İran, Birləşmiş Ştatlar və Rusiya ilə uran zənginləşdirilməsinə dair təkliflə bağlı danışıqların iştirakçısıdır.

XS
SM
MD
LG