Accessibility links

Gürcüstan Rusiyanı Qara dənizdə balıqçıları saxlamaqda ittiham edib


Gürcüstan Rusiya hərbi qüvvələrini Abxaziya ərazisi yaxınlığında Qara dənizdə beş gürcü balıqçını saxlamaqda ittiham edib.

Gürcüstanın Xarici işlər nazirliyi onların dərhal azad edilməsinə çağıraraq, onların Gürcüstanın su ərazilərində oğurlandıqlarını bildirir.

Rusiya bu ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Bu, Rusiya, Gürcüstan və Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiya regionlarındna nümayəndə heyətləri gərginliyin azaldılması məqsədilə Cenvrədə BMT-nin sponsorluq etdiyi danışıqlar keçirdiyi zaman baş verib.

Moskva və Tbilisi arasında münasibətlər keçən il qısa müddətli müharibədən sonra gərgin olaraq qalır.


XS
SM
MD
LG