Accessibility links

ABŞ hökuməti qeyri-qanuni mühacirləri saxlamaq yollarını islah etməyə çalışır


Günəş yenicə qalxmışdı ki, Piter Yun qapısının gözlüyündən baxaraq 10 polis zabinitin kandarda dayandığını gördü: “Onlar içəri soxularaq məni kənara itələdilər və sakit olmağı əmr etdilər.”

Sonda polis Yunun həyat yoldaşı Conq Parkı immiqrasiya qaydalarını pozduğuna görə apardı. Yun etiraf edir ki, daimi yaşayış hüququnu ala bilmədikdən sonra ABŞ-da qeyri-qanuni yaşamağa başladı. Hökumət rəsmiləri deyir ki, Park 2003-cü ildə fahişəliklə məşğul olduğuna görə hakim onun deportasiya edilməsi barədə 2003-cü ildə qərar çıxardı.

24 saat ərzində Yun həyat yoldaşını saxlama sistemində tapa bilmədi. O, diqqətini işinə cəmləşdirə bilmədi. Vəkil vasitəsilə o, Conq Parkın evindən 4 saatlıq məsafədə Virciniyanın Portsmouth şəhərində həbsdə saxlandığını aşkar etdi.

Amerikanın Səsi Parkla həbsxanadan telefon vasitəsilə əlaqə saxladı. Ondan bir ay həbsdə qaldıqdan sonra vəziyyəti haqda soruşuldu. “Mən çox qəmginəm. Ailəm üçün darıxıram.”- deyə o bildirir.

Park deyir ki, ona həbs kamerasından yalnız yemək üçün çıxmağa icazə verilir. Və o, zorakı cinayətkarlarla eyni yerdə saxlanılır.

Piter Yun həyat yoldaşının cinayətkar olmadığını, sadəcə mühacir statusunda kənarda yaşadığını bildirir.

“Biz mühacirlərin saxlanmasını daha yaxşı həyata keçirməliyik.” Bu sözlərin sahibi Daxili Təhlükəsizlik naziri Canet Napolitano deyir ki, ötən il 400 minə yaxın qeyri-qanuni mühacir saxlanılıb. Onlardan 32 mini artıq həbsdədir. Hazırda nəzərdən keçirilən bir variant onlara həbsdən kənardan elektron qolbaqlar vasitəsilə nəzarət edilməsini təsbit edir. Başqa bir ideya isə onların yerli icma və ya kilsə qrupları tərəfindən sponsorluğa götürülməsidir ki, park ailəsi buna tərəfdardır. Nazir müavini Con Morton bunu belə izah edir.

Söhbət burada etibarlı və yükjsəık reputasiyalı icma təşkilatlarından gedir ki, onlar irləli keçərək həmin şəxsin vaxtında məhkəməyə və uduzarsa aeroporta gələcəyinə zəmanət verir.

Lakin Amerika Mühacirət islahatları Federasioyasının rəhbrəi Dan Stayn bu fikirlər razılaşmır. Onun sözlərinə görə belə bir variant qeyri qanuni mühacirlərin Hilton, Holiday İnn kimi otellərdə qalaraq heç bir əsas olmadan Amerikada qalmaq hüququ uğrunda mübarizə aparmasına imkan verəcək.

Stayn həmçinin narahatdır ki, təklif olunan alternativlər mühacirlərə məhkəmə günündən əvvəl yoxa çıxmağa sövq edəcək.

XS
SM
MD
LG