Accessibility links

Rusiya prezidenti ölkə iqtisadiyyatının müasirləşdirilməsi və genişləndirilməsi vaxtının çatdığını deyib


Rusiya prezidenti Dmitri Medvedev bu gün Kremldən xalqa etdiyi müraciətində ölkə iqtisadiyyatının müasirləşdirilməsi və genişləndirilməsi vaxtının çatdığını deyib. Cənab Medvedev deyib ki, Rusiya bundan sonra keçmişin nailiyyətlərinə arxalana bilməz. O, Rusiyanın iqtisadiyyatın qaz və neft sektorlarından olan asılılığına son qoymağa çağıraraq əvəzində yüksək texnologiyaya əsaslanmalı olduğunu vurğulayıb. Cənab Medvedev digər ölkələrlə müqayisədə Rusiya iqtisadiyyatına güclü zərbələr dəydiyini bildirib və deyib ki, Rusiya nəhəng dövlət korporasiyalarına müddətsiz subsidiya verməkdə davam etməyəcək. O, deyib ki, həmin korporasiyalar ya daha səmərəli işləməli ya da ləğv olunmalıdırlar.

XS
SM
MD
LG