Accessibility links

Neşvil şəhərində kantri musiqisi mükafatlarının təqdimatı mərasimi olub


Tennessi ştatının Neşvil şəhərində kantri muqisi mükafatlarının təqdimatı mərasimi olub.

19 yaşlı Teylor Svift kantri musiqisi sahəsində ilin ən yaxşı əyləncə ustası mükafatı alan ən gənc musiqiçi və bu mükafatı son 10 ildə alan ilk qadın oldu. Svift son 5 ildə ən yükəsək kateqoriyada 4 mükafat alaraq, musiqiçi Kenni Çesneyin rekordunu üstələyib. O, ən yaxşı qadın vokal da daxil olmaqla, nominasiya edildiyi bütün kateqoriyalarda mükafatlara layiq görülüb. Teylor Svift habelə “Fearless” mahnı kolleksiyasına görə ilin albomu və “Love Story” mahnısına görə ilin videosu mükafatlarını alıb.

Hootie Blowfish rok qruplarının solisti Darius Ruker isə ilin ən yaxşı yeni musiqiçisi kateqoriyasında mükafat alan ilk qara dərili musiqiçi olub. Ruker bir milyondan artıq kopiyası satılan “Learn to Live” adlı ilk kantri albomuna görə bu yüksək mükafat layiq görülüb. O, kanti musiqisi mükafatları arasında baş kateqoriyarda mükafat alan Afrika mənşəli ikinci musiqçidir.


XS
SM
MD
LG