Accessibility links

Hillari Klinton:`Prezident Obamanın Birmanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyi istisna edilmir`


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton prezident Barak Obamanın bazar günü Sinqapurda Cənub-Şərq Asiya liderlərinin sammiti zamanı Birmanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyini istisna etmir. Bu gün xanım Klinton belə bir formal görüşün planlaşdırılırdığını desə də, prezidentin Birmanın baş naziri Tin Sin və ya digər rəsmilərlə görüşəcəyi barədə detallara varmayıb. Qeyd edək ki, görüşlər BMT və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının birgə sammiti zamanı nəzərdə tutulur.

Çıxışı zamanı xanım Klinton Vaşinqtonun hələ də Birmanın hərbi liderlərinə demokratik hərəkat lideri Aunq San Su Kyunun azad edilməsi ilə bağlı təzyiq göstərməkdə davam etdiyini deyib.

XS
SM
MD
LG