Accessibility links

Corc Buş onun adını daşıyan siyasət institutunun açılışında iştirak edir


ABŞ-ın keçmiş prezidenti Corc VV Buş onun adını daşıyan siyasət institutunun açılışında iştirak edir.

İnstitut Corc Buşun prezidentliyi dövrü prioritet məsələlərlə məşğul olacaq. Cənab Buş bu gün yerli vaxtla saat 3-də Texas ştatının Dallas şəhərində çıxışı zamanı planlarını açıqlayacaq. Prezidentin adını daşıyan kitabxana və muzey Dallasda yerləşəcək.

Cənab Buşun institut və onun mərkəzlərində çalışacaq alimlərin adlarını açıqlayacağı gözlənilir.

Bu yaxınlarda Hindistan və Yaponiyaya səfərlər edən Corc Buş prezidentlik müddəti başa çatdıqdan sonra ictimiayyət arasında tez-tez görünmürdü.

Ağ Evi tərk edəndən sonra bir neçə dəfə çıxışlar etməsinə baxmayaraq, Buş institutunun açılış mərasimi mətbuat tərəfindən işıqlandırılacaq.


XS
SM
MD
LG