Accessibility links

Prezident Obama Əfqanıstanda müharibə strategiyasına dəyişikliklər edilməsini istəyir


Ağ Evin yüksək səviyyəli rəsmisi bildirib ki, prezident Barak Obama öz milli təhlükəsizlik komandasına ABŞ-ın Əfqanıstanda müharibə strategiyasına dəyişikliklər edilməsi haqda müraciət edib.

Cənab Obama dəyişikliklər edilməsini dünən Əfqanıstan siyasətinin nəzərdən keçirildiyi zaman istəyib. Rəsmi nümayəndənin bildirdiyinə görə prezident müşavirlərin ABŞ hərbi qüvvələrinin təhlükəsizliyə dair məsuliyyətin əfqan hökumətinə nə zaman və necə təhvil verilməsini müəyyənləşdirməsini istəyir.

Administrasiya rəsmiləri bildirirlər ki, cənab Obama ABŞ-ın Əfqanıstanda öhdəliklərin müddətsiz davam etməcəyinin Əfqanıstan prezidenti Həmid Karzaiyə çatdırılmasını istəyir.

Prezident Obama bu çağırışı ABŞ-ın Əfqanıstandakı səfiri Karl Aykenberrinin Əfqanıstana əlavə əsəgəri qüvvə göndərilməsi haqda ciddi şübhələrini ifadə etdiyi bir vaxt edir.


XS
SM
MD
LG