ABŞ prezidenti Barak Obama Asiya ölkələrinə iqtisadi artım strategiyasının geniş müzakirə ediləcəyi ilk rəsmi səfərinə çıxıb.
Vaşinqtonu tərk etməzdən əvvəl cənab Obama deyib ki, o, Asiya və Sakit okeanı hövzəsi ölkələrinin liderlərilə ABŞ-ın ixracatı üçün bazarların açılması məsələsini müzakirə edəcək.
Prezidentin sözlərinə görə, onlar maddi rifahın Amerikada istehlak və borclardan deyil, ABŞ-da innovasiya və istehsaldan açılı olacağı bir strategiyanı müzakirə edəcəklər. Cənab Obamanın 9 gün sürəcək səfərinin ilk dayanacağı Yaponiya olacaq. Bundan sonra ABŞ prezidenti Asiya-Sakit okeanı ölkələrinin sammitinə qatılacaq.
Prezident Obama Şanxayda, Pekin və Cənubi Koreyada Seulda olacaq.