Accessibility links

Ayətullah Müntəziri İnternetdə yayılan fətvanın özünə məxsus olduğunu təsdiq edib


Ayətullah Hüseynəli Müntəzeri, İran türklərinin haqları və onların öz dillərində tədris, dərs, kitab və dərgi yaymaq hüquqları barədə fatva verib. O, İnternet vasitəsilə yayılan fətvanı özünün verdiyini əməkdaşımıza təsdiq edib.

Fətvada deyilir ki, Turk dilli haqlarını istəyən bacı-qardaşlarımızdan qədirdanlıq edirəm. Konstitutsiyanın 15-ci maddəsində deyilir: “… Fars dilinin yanında, məhəlli və etnik dillərdən, mətbuatda və bütün mediada istifadə və onların ədəbiyyatının tədrisi məktəblərdə azaddır.” Və 19-cu maddədədə deyilib: “ İran xalqı hansı tayfa və qəbilədən olsalar, bərabər hüquqları var və rəng, irq, dil və bunlar kimi şeylər, üstünlük səbəbi deyil.”

Ayətullah Müntəzirinin fətvasında deyilir ki, buna görə, heçkimin haqqı yoxdur ki, dili və irqi üstünlük elaməti bilsin və ya etiqad tapsın ki Türkü dili və kimliyi İranda aradan getməlidir ya o ki Türklər öz ana dillərində dərs oxumasınlar və ya o ki İran hökuməti istəsin Türkü kitab, qəzet və dərginin nəşr olmasının qabağında dayansın.

Fətvasında Ayətullah Müntəziri qeyd edir ki, yeri var ki siz Türk bacı və qardaşlar, öz Şərii və qanuni haqlarınızı almağa qalxasız , qanuni yollarla və özünüzün Milli Şura Məclisindəki vəkilləriniz, din alimləri və etimad etdiyiniz adamlar vasitəsi ilə haqlarınızı tələb edəsizin və gərək ki, əlaqədar məqamlar(idarələr), Əsas Qanuna görə , sizin haqlarınızı təmin etsinlər.

http://affiliate.kickapps.com/_Aytullah-Mntzirinin-ftvas-v-Amerikann-ssin-msahibsi/blog/1494444/88644.html


XS
SM
MD
LG