Accessibility links

İranla əlaqəli dini təşkilatın əmlakı müsadirə olunub


İran hökuməti ilə əlaqə saxlamaqda günahlandırılan gəlirsiz müsəlman xeyriyyə təşkilatı ABŞ hökumətinin onun əmlakını müsadirə etmək cəhdlərinə qarşı mübarizə aparacağını deyir. Bu əmlaklar sırasında bir neçə məscid və Nyu Yorkda bir göydələn var. Federal ittihamçılar cümə axşamı məhkəmə işi qaldıraraq Ələvi Fondunun 8 mülkiyyətinin müsadirəsini tələb ediblər. Təşkilatın vəkili deyir ki, fond istintaq başlanandan bəri hökumətlə tam əməkdaşlıq edib və bu məhkəmə işindən məyus olub. O, fondun məhkəmədə qalib çıxacağını gözlədiyini bildirib. İttihamçılar Ələvi Fondunu İranın dövlətə məxsus Bank Melliyə milyonlarla dollar pul ötürməkdə günahlandırır.
XS
SM
MD
LG