Accessibility links

Ayətullah Müntəzirinin  etniklər haqqında fikirləri


Ayətullah Müntəzirinin etnik qrupların hüquqları barədə fikirləri

Sual: Aya o yazını cənabınız yazmısınız?

Cavab: Sizin məktubun cavabını özüm vermişəm və dəftərxanam onu çap edib göndərməyə məsuldur.

Sual: Dini baxımdan, əcəba, Əsas Qanunun icra olunmaması, o cümlədən, farslardan qeyri millətlərin özlərinə məxsus məktəbləri, universitetləri, dil, tarix və sosial mövzularda tədqiqat mərkəzlərinin olmamasından məsuliyyət keçmiş 30 ildəki məsulların boynunda varmı ki, bu millətlərin haqlarını danıblar və danırlar.

Cavab:Hər kim millətin cür bə cür siniflərinin, təbəqələrinin və soylarının haqlarının təmin və icrasını əsirgəsə ya əlindən gələni yerinə yətirməsə Cənabı Haqqın (Allahın) yanında məsuldur.

Sual: O adamlar ki, göstəriş/əmr verirlər Turrk millətinin kültürəl, dil, tarix fəallarını, məktəblər və universitetlərdə Turk dilini öyrətməyə çalışanları tutuqlasınlar, sorqulasınlar/ dindirsinlər, həbsə alsınlar, işkəncə versinlər, ya onları öldürsünlər, o adamların nə hökmü var?

Cavab: Hansı tayfa və sinifdən olur olsun günahsız adamları tutuqlamaq, sorqulamaq, həbsə almaq, işkəncəyə məruz qoymaq, hələ qalsınki öldürmək, böyük günahlardandır və xəyanətdir.

Sual:Əcəba, din, qanun, əmniyyət və Fars dilini qorumaq adına, Türk millətinin ictimayi, ədəbi, incə sənət xadimləri, insan haqları çalışqanları, qazetəçiləri və yazarlarına qarşı zorakılıqlar, şərii və qanuni ola bilərmi? Din və dinin qaynaqları, Fars dilindən başqa dillərin, o cümlədən Türk dilinin öyrədilməsi və yayılmasına müxalifdirmi?

Cavab: O adamlar ki, özlərinin şərii və qanuni haqlarını istəyirlər, o adamlar ki, belələri üçün ürəkləri yanır, onlara qarşı, din, qanun və əmniyyət adına, hər növ basqı/təzyiq göstərmək, günah və cürmdür/ cinayətdir və belələri dini qaydalarının xilafıdır.

Sual: İranın Türk xalqının tarixindəki qəhramanlarına; Babək, Səttar xan: Milli Sərdar, Bağır xan; ya ziyalılar; Azərbaycan tarixi və kültürünün nümayəndəsi olmuş Səməd Behrəngi kimi insanlara əlaqəsi/marağı olmaq, onların məzarları üstündə toplanmaq, dinin üsulu və çarçivəsinə müxalifdirmi? Aya keçmişə tay, dövlətin məmurları, eliyəbilərlər ki din və qanun adı ilə o cür yerlərdə toplanan adamlarınan pis rəftar etsinlər, onları tutsunlar? həbsə alsınlar və mühakimə etsinlər?

Cavab: İran millətinin azadlığı yolunda mübarizə aparan insanlardan təclil etmək, çox yaxşı bir işdir, həm dininimizin həmdə xalqımızın təsdiqindədir. Fərq etməz ki hansı tayfadan ya irqdən olalar.

Sual: Tutulanların/həbsdəkilərin həyat yoldaşları və onların uşaqlarının yaşayışının təminatı sahəsində müsəlmanların vəzifələri (məsuliyyətləri) nədir?

Cavab: Məhbusların, xüsusən siyasi məhbusların və onlar ki, öz haqlarını əldə etmək yolunda məhbus olublar, onların ailələrinə maliyyə cəhətdən və mənəvi kömək, din, vicdan və əxlaq borcudur və hamı onların önündə məsuldur.

Sual: Əcəba mümküdür ki, onların yaşayışları, şərii pullardan təmin olsun? Aya mömünlərin şərii pullarını bu məqsəd üçün toplamaq olarmı?

Cavab: Bəli. Əgər şərii ehtiyacları olsa, imkanı var ki şəriyyə pullardan onlara kömək olunsun. Və hər mürid üçün izin istəsinlər və izin verilsin.

XS
SM
MD
LG