Türkiyənin
enerji nazirinin sözlərinə görə, ölkə İranın nüvə proqramına dair
gərginliklərin azalmasını nəzərdə tutan razılaşmasnın bir hissəsi kimi Tehranın
zənginləşdirilmiş uran ehtiyatını müvəqqəti olaraq saxlaya bilər. Taner Yıldız
deyib ki, əgər İranın aşağı səviyyədə zənginləşdirilmiş uranını saxlamaq xahiş
olunsa Ankara bunu rədd etməyəcək. BMT Nüvə Agentliyinin rəhbəri Məhəmməd
Əl-Baradeyi keçən həftə ABŞ-da müsahibəsi zamanı İranın uranını Türkiyənin
saxlaya biləcəyini təklif etmişdi. Bu plan BMT-nin İranın zənginləşdirilmiş
uranını Rusiyada əldə etməsi təklifinə alternativdir. Danışıq digər tərəfləri –
ABŞ, Rusiya və Fransanın təklifi təsdiq etməsinə baxmayaraq, İran hələ rəsmən
cavab verməyib.