Obama administrasiyasının rəsmisi bildirir ki, 2001-ci il sentyabrın 11-i terror hücumlarının təşkilatçısı olan Xalid Şeyx Məhəmməd dörd başqa müttəhimlə bərabər Nyu Yorkda mülki məhkəmədə mühakimə olunacaq. Qərarın bu gün ABŞ baş prokuroru Erik Holder tərəfindən açıqlanacağı gözlənilir. Məhəmməd və onun silahdaşları əvvəllər saxlandıqları Quantanamo həbsxanasında ABŞ hərbi komissiyasının ittihamları ilə üzləşirdilər. Lakin yanvar ayında prezidentliyə başladıqdan sonra cənab Obama Quantanamo həbsxanasının bağlanması haqda fərman imzaladı.