Accessibility links

Respublikaçılar Demokratların səhiyyə islahatları planına etiraz edir


ABŞ Respublikaçıları deyir ki, məhkəmə işlərinin azaldılması və insanlara yaşadığı ştatdan kənarda tibbi sığorta planı almaq imkanının verilməsi ölkədə tibbi xidmət xərclərinin ixtisarına yardım edə bilər Respublikaçılar partiyasının həftəlik radio müraciətində İllinois ştatında konqresmen Mark Körk deyib ki, onun partiyasının təklif etdiyi islahatlar sağlam məntiqə əsaslanır. O, Respublikaçıların təklif etdiyi səhiyyə islahatları planının qəbul edilməyəcəyindən məyusluğunu izhar edib. Körk bildirib ki, Demokratların planı yeni nəhəng xərcləmə proqramıdır ki, bu da hazırda 12 trilyon dollar olan ümummilli borca əlavə olunacaq. Ötən həftə Nümayəndələr Palatası səhiyyə islahatları planını təsdiq etdi. Bu plana dövlətin idarə etdiyi səhiyyə sığortası daxildir və plan əlavə 36 milyon adamı sığorta ilə təmin etməyi nəzərdə tutur.
XS
SM
MD
LG