Accessibility links

İran parlamentinin spikeri prezident Obama və ABŞ-ı kəskin tənqid edib


Iran parlamentinin spikeri Əli Laricani Birləşmiş Ştatları Tehrana qarşı sanksiyaları təzələdiyinə və İran hökumətinə pul keçirməkdə ittiham edilən müsəlman təşkilatının hesablarını dondurduğuna görə kəskin tənqid edib.

Əli Laricani bu gün parlamentə deyib ki, ABŞ prezidenti Barak Obama bütün ili boş çıxışlara sərf edib. O bildirib ki, cənab Obamanın addımları ABŞ-ın keçmiş prezidenti Corc Buşun atdığı addımlarla eynidir. O, cənab Obamanın hərəkətini utandırıcı bir hərəkət adlandırıb. İran qanunvericiləri yerlərindən "Amerikaya ölüm" qışqırıblar.

Keçən həftə cənab Obama İrana qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadaraq deyib ki, İran hökuməti ilə münasibətlər hələ normallaşmayıb. Bununla belə Buş administrasiyası İranı təcrid etmək siyasəti yeritdiyi halda, hazırda Obama administrasiyası Tehranla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atır.

Keçən həftə habelə ABŞ-ın federal prokurorları gəlirsiz müsəlman təşkilatının sahib olduğu səkkiz mülkün müsadirə edilməsi haqda məhkəmə işi qaldırb. Prokurlar Ələvi fondunu İranın dövlətə məxsus milli bankına milyonlarla dollar pul köçürməkdə ittiham edirlər.

XS
SM
MD
LG