Accessibility links

Hillari Klinton:Karzai yardımın müqabilində korrupsiya əleyhinə daha ciddi mübarizə aparmalıdır


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Əfqanıstan prezidenti Həmid Karzai Vaşinqtondan humanitar sahədə yardımın davam etdirilməsini istəyirsə, korrupsiya əleyhinə daha ciddi mübarizə aparmalıdır.

Bu gün ABC tele-şirkətinə müsahibə zamanı xanım Klinton bildirib ki, Obama administrasiyası Əfqanıstan hökumətinin cinayət məhkəməsi və korrupsiya əleyhinə komissiya təşkil etməsini istəyir.

O deyib ki, Vaşinqton habelə Birləşmiş Ştatların Əfqanıstana göndərdiyi hər hansı humanitar yardımın buna görə cavabdeh olan hökumət nazirliklərinə çatıdırıldığının təsdiqlənməsini istəyir. Onun sözlərinə görə, korrupsioner əfqan rəsmiləri cəzasız qalmamalıdır.

Prezident Karzai onun mübahisəli seçkilərdə qələbəsindən sonra hökumətdə korrupsiya ilə mübarizə aparmaq üçün ABŞ-ın ciddi təzyiqlərilə qarşılaşır.


XS
SM
MD
LG