Accessibility links

Əli Laricani qərbin uran zəngiləşdirilməsinə dair təklifini əhəmiyyətsiz adlandırıb


İran parlamentinin spikeri Əli Laricani qərbin İranın nüvə proqramı ilə bağlı son təklifini əhəmiyyətsiz və qeyri-rasional adlandırıb.

BMT-nin planı İranı öz uranını xarici ölkədə zəngiləşdirməyə çağırır.

İran hələlik uran zənginləşdirilməsilə bağlı dörd həftədən artıq bir müddət Vyanada təqdim edilmiş təklifə rəsmi cavabını verməyib.

Beynəlxalq Atom Enerjisi agneltiyinin başçısı danışıqlara cəlb olunmuş tərəflər olan İran, Birləşmiş Ştatlar, Rusiya və Fransaya oktyabr ayının 22-ə qədər cavab üçün vaxt vermişdi.

İran bunun əvəzində əks şərtlər irəli sürmüşdü.

Fransanın Xarici İşlər naziri Bernar Kuşner İranın əslində təklifə mənfi cavab verdiyini demişdi.

XS
SM
MD
LG