Accessibility links

Prezident Obama çinli həmkarı ilə görüşüb


ABŞ prezidenti Barak Obama universitet tələbələri ilə siyasi və dini azadlıqları müzakirə etdikdən sonra Pekində çinli həmkarı Hu Cintao ilə danışıqlar aparıb. Prezident Hu cənab Obamaya Daoyutay Dövlət Qonağ Evində nahar ziyafəti verib.

Çərşənbə axşamı üçün daha geniş çərçivədə Çin rəsmiləri ilə görüşlər planlaşdırlıb ki, burada iqlim dəyişikliyi, ticarət, Şimali Koreya və İran məsələləri müzakirə olunacaq.

Ağ Ev rəsmiləri bildirir ki, özəl formatda cənab Obama insan hüquqları məsələsini də qaldırmaq fikrindədir.

Prezident Obama Şanxayda tələbələrlə görüşü zamanı bu mövzuya toxunub. O, deyib ki, ölkələr bir-birinə hörmət etməli və öz hökumət formalarını başqa millətlərə zorla tətbiq etməməlidirlər. Lakin o, amerikalıların mühüm hesab etdiyi insan azadlıqlarının müdafiəsi üçün çıxış edəcəyini bəyan edib.

XS
SM
MD
LG