Accessibility links

Buşehr atom elektrik stansiyası ilin sonuna kimi fəaliyyətə başlamayacaq


Rusiyanın enerji naziri deyir ki, Moskvanın İranda tikdiyi atom elektrik stansiyası bir müddət əvvəl bəyan olunduğu kimi ilin sonuna kimi fəaliyyətə başlamayacaq. Serqey Şmatko Moskvada jurnalistlərə deyib ki, İranın ilk atom stansiyası olacaq bu obyektdə ciddi nailiyyətlər əldə olunub. Ancaq o deyib ki, zavod bu il işə düşməyəcək. İranın cənubundakı Buşehr obyektinin tam fəaliyyətə başlaması bir müddətlik təxirə salınıb. Rusiya və İran mühəndisləri stansiyanı fevral ayında sınaqdan keçirməyə başlamış və hər iki tərəfin rəsmiləri zavodun 2009-cu ildə işə düşəcəyini demişdilər. Buşehr obyektinin İranda istehsal edilən yanacaq əvəzinə Rusiyadan idxal olunan zənginləşdirilmiş uranla işləməsi nəzərdə tutulub. Bugünükü bəyanat Rusiya prezidenti Dmitri Medvedyevin İranın nüvə proqramlarına dair danışıqlar səviyyəsindən Moskvanın tam razı olmadığını bildirməsindən bir gün sonraya təsadüf edir.
XS
SM
MD
LG