Accessibility links

İran Asiya dövlətlərinin Əfqanıstana sülh gətirməli olduğunu bildirib


İranın xarici işlər naziri deyir ki, ABŞ-a bel bağlamaqdansa Asiya dövlətləri Əfqanıstanda müharibənin həllinə regional çarə tapmalıdır. Manuçehr Möttəki bu gün Dehlidə keçirilən forumda deyib ki, keçmiş ABŞ prezidenti Corc Buşun Asiya regionu siyasəti uğursuz olub. Möttəkinin sözlərinə görə, artıq Asiya dövlətlərinin Əfqanıstana sülh gətirməsi vaxtıdır. O, habelə deyib ki, İran ABŞ prezident Barak Obamaya Buş administrasiyasının Əfqanıstan siyasətini dəyişməsinə kömək etmək istəyir. Cənab Obama Əfqanıstanda taliban və onun müttəfiqləri ilə mübarizəyə 68 min ABŞ qoşununun göndərilməsi barədə qərarını bu yaxınlarda açıqlayacağını bildirib.
XS
SM
MD
LG