İraqın
Kürdüstan regionunun prezidenti Məsud Barzani parlamentdə Kürdüstana daha çox
yer verilməyənədək ümummilli seçkiləri boykot edəcəklərini bildirib. Bu gün
açıqlanan bəyanatda cənab Barzani deyib ki, parlament yerlərinin verilməsi
mexanizmi dəyişməyincə Kürdüstan regionunun əhalisi səsvermədə iştirak
etməyəcək. Prezidentin qərargahlar rəisi Fuad Hüseynin bildirdiyinə görə,
Kürdüstan lideri hazırkı sistem kürdlərə ayrılan yerlərin azaldılmasını nəzərdə
tutduğunu ehtimal edir. Qeyd edək ki, İraq qanunvericiləri uzun sürən fikir ayrılıqlarından
sonra keçən həftə seçki qanununu qəbul edərək, seçkilərin yanvarda
keçirilməsinə şərait yaradıblar.