Accessibility links

Azərbaycanda Dirçəliş günüdür


Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günüdür.
1988-ci il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycanda kommunist rejiminə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Yüz minlərlə insan hazırkı “Azadlıq” meydanına yığışaraq keçmiş SSRİ hökumətinin siyasətini pisləyib. Mitinqlər zamanı müstəqillik, azadlıqla bağlı şüarlar səsləndirilib və ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb.
Dekabrın 4-dən 5-nə keçən gecə keçmiş Sovet İttifaqı hökuməti üç həftəlik fasiləsiz mitinqin iştirakçılarına qarşı cəza əməliyyatı keçirib. Nəticədə, onlarla insan yaralanıb, bir nəfər həlak olub. Bakıda fövqəladə vəziyyət elan edilib. Bunlara baxmayaraq, xalq hərəkatı mübarizəni uğurla davam etdirib və 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan edib.

XS
SM
MD
LG