Accessibility links

Türkiyə hökuməti İmrəli adasına 5 kürd məhbus göndərib


Türkiyə mətbuatı bildirir ki, hökumət 5 məhbusu kürd yaraqlı lideri Abdulla Öcalanın illərdir təcrid kamerasında saxlandığı adaya köçürüb. Məlumata görə, İstanbul yaxınlığında İmrəli adasına göndərilən 5 məhbus Öcalanın fəaliyyətinə qadağa qoyulmuş Kürdüstan Fəhlə Partiyası – PKK-nın üzvləridir. Öcalan silahdaşları ilə həftədə 10 saat təmasda ola biləcək. Bu addım Avropanın PKK liderinə tətbiq olunan təcridə son qoyulması barədə təzyiqlərinə cavabdır. Öcalan 1999-cu ildə Kenyada saxlanılaraq terrorizmdə ittiham olunmuş və həbsə məhkum edilmişdir.
XS
SM
MD
LG