Accessibility links

Rusiya və Qazaxıstanın xarici işlər nazirləri Xəzərin statusu məsələsini müzakirə ediblər (video)


Rusiya və Qazaxıstanın xarici işlər nazirləri Xəzər dənizinin statusu məsələsilə bağlı Moskvada müzakirələr keçiriblər.

Sergey Lavrov və Kanat Saudbayev deyiblər ki, problemlər qalsa da, onların mövqeləri bir-birinə yaxındır. “Biz Xəzər dənizinin statusu ilə bağlı detallı planı müzakirə etmişik. Hələ də çətinliklər qalır, lakin beştərəfli danışıqlarda bir sıra məsələlərdə inkişaf var. Xəzər dənizinin statusu məsələsində Rusiya və Qazaxıstanın mövqeləri bir-birinə yaxındır və biz gələn il danışıqların növbəti raundunu davam etdirmək haqda razılıq əldə etmişik”-deyə Sergey Lavrov bildirib.

Qazaxıstanın Xarici işlər naziri Kanat Saudbayev deyib ki, o, Xəzəryanı dövlət başçılarının gələn görüşündə Xəzər dənizinin statusu ilə bağlı qətnamənin əldə edilməsi istiqamətində atılacaq addımların müəyyən ediləcəyinə ümid bəsləyir. “Lakin biz dənizin dostluq dənizi olması fikrində birik, mən böhranın olmadığı məsələsində Sergey Viktoroviçlə tam razıyam, iş prosesi gedir, bu asan dedyil, lakin irəliləyiş var.”-deyə o bildirib.

Mətbuat konfransı zamanı Rusiya Xarici işlər naziri Sergey Lavrov İranla qərb ölkələri arasında danışıqlarla bağlı açıqlamlaar verib. O deyib ki, İranın nüvə proqramı ətrafında gərginliyin azaldılması məqsədilə aparılan danışıqların baş tutmadığını demək tezdir.

Lavrov bildirib ki, dünya liderləri İranın nüvə ambisiyaları ilə bağlı danışıqlar prosesinin bundan sonra davam etdirilməsi məsələsini müəyyənləşdirməlidir. “Biz keçən ay Vyanada nümayəndlərin əldə etdiyi prinsipial razılaşmaların yerinə yetirildiyinə əmin olmaq məqsədilə Avropa ölkələri, Birləşmiş Ştatlar, Çin və İran tərəf, Beynəlxalq Atom Enerjisi agentliyi ilə birgə işləyirik.”-deyə o bildirib.

ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyanın yüksək səviyyəli rəsmiləri İranın uran zənginləşdiirlməsi prosesini dayandırmasına çalışır. Bu ölkələrin nümayəndələri BMT Təhlükəsizlik Şurasının sanksiyalarının mümkün dördüncü raundunu müzakirə etmək üçün bu həftə görüş keçirməyi planlaşdırır.

Qərb ölkələri ümid edir ki, İranın uranı xarici ölkədə zənginləşdirmək planı ölkənin nüvə qabiliyyətini azaltmağa kömək edəcək.

XS
SM
MD
LG