Accessibility links

Xaricdə təhsil alan tələbələrin sayı artır (video və audio)


Vaşinqtonda yerləşən Beynəlxalq Təhsil İnstitutu bildirir ki, 2000-ci ildən bəri xaricdə təhsil alan tələbələrin sayı 60 faiz artıb.

Universiteti yenicə bitirmiş Karolin Frenç deyir ki, xaricdə oxumaq onun dünya görüşünü yaxşıya doğru dəyişməyə kömək edib. İspaniya, Argentina və Braziyada təhsil alan Karolinin sözlərinə görə, dillərin öyrənilməsi çox vacibdir.

Beynəlxalq Təhsil İnstitutu brifinqdə bildirib ki, 2008-ci ildə xaricdə oxuyan amerikalıların sayı 8 faiz , 20 ildə isə 4 dəfə artıb. Dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə müavini Cudit Maykl da bunu təsdiq edib: “Biz inanırıq ki, belə artım tələbələrimizin qlobal iqtisadiyyatı istiqamətləndirməsi və onu başa düşməsinə kömək etməsi üçün çox mühümdür.”

Brifinqdə bəyan edilib ki, 2008-ci ildə ABŞ-da təhsil alan tələbələrin də sayı 8 faiz artıb. Çindən gələn tələbələrin sayında isə 21 faizlik artım müşahidə olunur. ABŞ-a tələbə göndərən dövlətlər siyahısında birincilik Hindistana məxsusudur.

“Biz onları yalnız öz sahələri üzrə maarifləndirmirik, Onlara Amerika dəyərlərini, Amerikanı biznes üsulunu və Amerika mədəniyyətini öyrədirik ki, bu tələbələr ölkələrinə qayıdıb öz icmalarının liderləri olsun və onlara Amerikanı başa düşmələrinə yardım etsin”.

Bu sözlərin sahibi Beynəlxalq Təhsil İnstitutunun əməkdaşı Peggi Blumental deyir ki, xaricdə təhsil alan amerikalı tələbələrin çoxu sosial elmləri öyrənmək üçün Avropa və Latın Amerikasına üz tutur. Onların yalnız 20 faizi Çin və Hindistanı seçir.

Karolin Frençin sözlərinə görə, yerindən asılı olmayaraq tələbələr dərsə böyük önəm verir.

3 milyondan çox tələbə hazırda öz ölkəsində kənarda təhsil alır. 2025-ci ilə kimi isə bu göstəricinin artıraq 8 milyon olacağı gözlənilir.

Mövzuya uyğun

XS
SM
MD
LG