Accessibility links

İsveçdə Rusiya və Avropa İttifaqı arasında zirvə görüşü işinə başlayıb


Danışıqların diqqət mərkəzində Avropada enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlər durur.

Sammitin təşkilatçıları zirvə görüşünün əsas məqsədinin keçən il Gürcüstanla müharibədən sonra gərginləşmiş münasibətlərin bərpa edilməsindən ibarət olduğunu bildirirlər.

Rusiya və Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinin bir səbəbi də yanvar ayında Moskva Ukrayna ilə qazın qiyməti və ödənişlər ətrafında mübahisəyə görə qazın nəqlini dayandırması olmuşdur. Bunun nəticəsində Avropanın bir çox ölkəsi iki həftədən artıq istiliksiz qalmışdı.

Sammitin açılışından öncə İsveçin Baş naziri Fredrik Reynfelt Rusiyanın prezidenti Dmitri Medvedevlə görüşmüşdür.

İsveç hazırda Avropa İttifaqında rotasiya üzrə sərdlik edir.

Rusiya lideri İsveçin Rusiya və Almaniya arasında Baltik dənizinin altından keçən mübahisəli qaz kəmərinin çəkilişini təsdiq etmək qərarını alqışlamışdır.


XS
SM
MD
LG