Accessibility links

Rusiyada vergi yayınması prosesinin şahidi həbsxanada ölüb


Rusiya hökuməti və Ermitaj investisya fondunun cəlb olunduğu irihəcmli vergi yayınması prosesinin şahidi və şübhəlisi bu gün həbsxanada ölüb. 37 yaşlı Serqey Maqnitski Ermitajın həmtəsisçisi Bill Brouder üçün çalışırdı. Maqnitskinin ölümünün səbəbi aydın bildirilmir. Ancaq Ermitaj rəsmiləri deyir ki, mədə ağrılarında şikayətlənən Maqnitskiyə həkim yardımı göstərilmədiyindən o, mədəaltı vəzdə yaranmış ciddi problem nəticəsində dünyasını dəyişib. Mərkəzi Londonda yerləşən Ermitaj bir zamanlar Rusiyanın ən böyük investisiya fondu idi.
XS
SM
MD
LG