Accessibility links

İraq seçki qanunu yenidən parlamentə göndərilib


İraq əsas seçki qanununun bir hissəsinə vitse-prezidentin veto qoymasının ardınca seçki komissiyası yanvar ayında keçirilməsi planlaşdırılan ümummilli seçkilərə hazırlıqları təxirə salıb. İraqın sünni ərəb vitse-prezidenti Tariq Əl-Haşəmi bu gün bəyan edib ki, o, dəyişiklik üçün seçki qanununu yenidən parlamentə göndərir. O əsasını sünni ərəblər təşkil edən xaricdə yaşayan iraqlıların parlamentdə daha çox nümayəndə ilə təmsil olunmasını istəyir. Əl-Haşəmi səsvermənin keçirilməsində əvvəl seçki qanununu təsdiq etməli olan Prezident Şurasının 3 üzvündən biridir. Qanunvericilər qanun layihəsini yenidən müzakirəyə çıxarmalıdır. Qeyd edək ki keçən həftə təsdiq olunan qanun üzərində debatlar həftələrlə davam etmişdi.
XS
SM
MD
LG