Accessibility links

BMT-nin müharibə cinayətləri üzrə baş prokuroru Avropa Birliyinə Serbiya ilə bağlı hesabat təqdim edəcək


Serbiyanın xəbər agentliklərinin bildirdiyinə görə, BMT-nin müharibə cinayətləri üzrə baş prokuroru gələn ay Avropa Birliyinə Serbiyanı təqdir edən hesabat təqdim etməlidir. Serc Brammertzə istinadən bildirilir ki, o, Belqrad hökumətinin Haaqa müharibə cinayətləri məhkəməsi ilə əməkdaşlığından razıdır. Serbiyanın bir neçə jurnalisti tərəfindən nəzərdən keşirilən hesabatda Serbiya müharibə cinayətkarlarının ələ keçiirlməsi sahəsində əməkdaşlığı davam etdirməyə çağırılır.

Prokurorlar Bosniyanın serb generalı Ratko Mladiç və Xrovatiyanın serb lideri Goran Hadziçin axtarışını davam etdirir. Onların hər ikisi də 1990-cı illərdə Balkan münaqişəsi zamanı yol verdikləri müharibə cinayətlərinə görə günahlandırılır. Onların Serbiyada gizləndiyi güman edilir. Haaqa trubinalı ilə əməkdaşlıq Serbiyanın Avropa Birliyinə üzvlüklə bağlı danışqılara start verəcək əsas amillərdən biridir.


XS
SM
MD
LG