Accessibility links

İran hökuməti yeni media haqda müzakirələr aparır


İran Birləşmiş Ştatların bu ölkəylə bağlı fəaliyyətlərinə qarşıyeni medianın buraxılışı haqda müzakirələr aparır. İranın bu yeni mediasının ölkədə böyük nüfuza malik olan sərt-xətt yönümlü İnqilab Qvardiyasının nəzarəti altında olacağı gözlənilir. İran dövlətin nəzarətindəki Press TV kanalının bildirdiyinə görə, parlamentyeni medianın yaradılması barədə müzakirələdən sonra yayımın işə başlaması haqda detallar üzərində işləmək üçünüç üzvlü nümayəndə heyyəti təşkil edib. Belə bir medianın yaradılmasına əvvəlcə 20 milyon dollar ayrılması nəzərdə tutulsa da, qanunvericilər Birləşmiş Ştatlar Kongresinin İrana yayım üçün 50 milyon dollar vəsait ayırmasından sonra bu məbləğ 50 milyon dollara qaldırılıb.

Britaniyada medianı izləyən, hökumətin nəzarətindəki təşkilat OFCOM tərəf saxlamaq və qeyri dəqiq məlumatlar vermək kimi şikayətlərdən sonra baş qərargahı Londonda yerləşən PRESS TV-nin fəaliyyəti üzərində təhqiqat aparır. PRESS TV-nin xəbər proqramlarında Birləşmiş Ştatlar və Britaniya hökumətləri tez tez təngid edilir. Bu proqramlarda İsrailə qarşı olduqca kəsgin tənqidlər səsləndirlir. Press TV-nin proqramlarında İranda tələbələrin etirazları və müxalifətin nümayişlərinə çox vaxt heç yer verilmir.

PRESS TV-də əsasən müzakirələrin cəfəngiyyat xarakteri daşıdığı deyilir. Bu yaxınlarda isə PRESS TV-nin aparıcısı Birləşmiş Ştatların seperatçı cərəyanlarla üzləşdiyini, Texas və Vermont ştatlarının birlikdən ayrılmaq istədiklərini demişdi.

İranın əsasən Yaxın Şərqin izlədiyi ərəb dilindəki Əl-Alam televiziyasının yayımında da Ərəb hökumətləri Birləşmiş Şatlarla yaxşı münasibətlərinə görə tənqid edilir. Ərəb dilində verilişlər yayanƏl-Aləmtelekanalı heç bir müstəqil dəlil göstərmədən Səudiyyə Ərəbistanında hökumət çevrilişi cəhdinin baş verdiyi vəşahzadə Sultanın oğlu Bəndərin həbs edildiyi barədə xəbər yaymışdı. Ərəblərin iki yayım şirkəti - Nilesat və Ərəbsat Tehranın provokasiyalarına uyduğunu deyərək, ƏL-Aləmin verilişlərini nümayiş etdirməkdən imtina etdi. Fransanın peyk şirkəti isə Əl-Aləm telekanalının yayımlanmasına icazə verib.



XS
SM
MD
LG