Bu gün prezidentliyinin ikinci dönəminə başlayan Əfqanıstan prezidenti Həmid Karzai korrupsiya əleyhinə mübarizə aparmağa söz verib.
Kabildə inaqurasiya mərasimində danışan cənab Karzai korrupsiya əleyhinə mübarizə ilə yanaşı, Əfqanıstan təhlükəsizlik qüvvələrinin gücləndirilməsi və narkotik maddələr alverinə qarşı mübarizə məsələlərilə ciddi məşğul olacağına da söz verib.
Cənab Karzai idarəçiliyi yaxşılaşdırmaq və kütləvi pozuntuların baş verdiyi şəraitdə keçmiş mübahisəli seçkilərdən sonra korrupsioner rəsmiləri vəzifələrindən azad etmək üçün beynəlxalq ictimaiyyətin ciddi təzyiqlərilə qarşılaşıb.
Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü şəraitdə keçən inaqurasiya mərasimində xarici ölkələrdən rəsmi qonaqlar, o cümlədən, ABŞ Dövlət katib Hillari Klinton iştirak ediblər.