Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, təkcə son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib. Beləliklə xəstəlikdən ölənlərin sayı 6770 olur.
Bir həftə əvvəlki məlumatda virusun yayılmasından bəri 6250 nəfər vəfat etdiyi göstərilirdi. Ölüm göstəriciləri Amerika qitəsində yüksək olaraq qalır.
Ölənlərin 4806 nəfəri Amerikaların payına düşür. Asiya -Sakit Okeanı hövzəsində 1323, Avropa isə 350 ölüm halı qeydə alınıb.