Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal-qərb
bölgəsinə Birləşmiş Ştatların pilotsuz təyyarəsinin hücumu nəticəsində əcnəbi
yaraqlılar daxil olmaqla, azı 8 nəfər ölüb. Rəsmilər yaraqlıların istifadə
etdiyi Şimali Vəziristanın Mir Əli kəndinə iki raket atıldığını bildirib.
Birləşmiş Ştatların hərbi rəsmiləri belə
hücumları heç vaxt təsdiq etməyib. Lakin Əfqanıstanda polutsuz təyyarələrdən
istifadə edən yeganə qüvvə ABŞ-ın silahı qüvvələri və Mərkəzi Kəşfiyyat
Agentliyinin əməkdaşlarıdır. Bu arada Agentliyin rəhbəri Leon Panetta
Pakistanın baş naziriYusuf Reza Gilani ilə görüşmək üçün bu gün
Pakistana səfər edib.