Accessibility links

İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb


İraq parlamentinin seçki qanunlarına dair çıxılmaz vəziyyətin aradan qaldırılması ilə bağlı sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb. İraq qanunvericiləri gecikdirilən qanunu bu gün səsverməyə çıxarmalı idi.

Deputatlar sabah yenidən görüşmək qərarına gəlib.

Bir neçə gün bundan əvvəl İraqın vitse-prezidenti Tariq Ək-Haşimi qanun layihəsinə veto qoymuşdu. Vitse-prezident əksəriyyəti sünni və kürdlər olmaqla xaricdə yaşayan iraqlıların da təmsil edilməsini istəyir.

İraqın Seçki Komissiyası seçki qanunlarının təsdiq edilməməsinin ümumilli seçkiləri gecikdirəcəyini deyir.


XS
SM
MD
LG